• Bakı 6° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanda BENZİN UCUZLAŞACAQ? - AÇIQLAMA

CƏMİYYƏT

26 Sentyabr 2022 | 13:34 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda BENZİN UCUZLAŞACAQ? - AÇIQLAMA

Son həftələr digər ölkələrdə benzinin qiyməti düşsə də, Azərbaycanda bu sahədə bir dəyişiklik yoxdur.  Ekspertlər hesab edirlər ki, neftin qiymətinin 86 dollara düşməsindən sonra məntiq və hesablamalarla indi Aİ 95 1 manat 60 qəpik olmalıdır.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda Aİ 92 və dizel markalı yanacağın qiyməti Tarif Şurası tərəfindən tənzimlənir: “Tarif Şurası tərəfindən tənzimlənməyən Aİ 95 və Aİ 98 super markalı benzinlərdir. Rəqabətli mühitdə kim istəsə, həmin markalı benzinləri gətirib sata bilər, qiymətləri də dövlət yox, bazar tənzimləməli idi. Bu, 3 il əvvəl alınmış qərar idi, amma baş vermədi".

Onun sözlərinə görə, bazara bu markalı benzinləri gətirib diqtə edən SOCAR-ın törəmə şirkətidir: "Dünyada neft bahalaşan kimi həmin törəmə şirkət və yaxud da SOCAR açıqlama verirdi ki, neftin qiyməti qalxıb, bizdə Aİ95 və Aİ98 markalı benzinlərin yerli istehsalı olmadığından, qiyməti artırmaq məcburiyyətində qalırıq”.

Ekspert vurğulayıb ki, SOCAR-ın son qiymət artımından bəri dünyada neftin qiyməti 35%  düşüb: "SOCAR bu qərarı elan edəndə qiymətlər 105-110 dollar civarında idi. İndi 85 dollardır. Buna görə də, məntiqlə dünyada neftin qiyməti düşəndə Aİ 95 və Aİ 98-in də qiyməti düşməlidir. Son həftələrdə neftin qiyməti kəskin düşüb, amma bizdə "Premium" markalı benzinin qiymətində bir dəyişiklik yoxdur”.

Mövzu ilə bağlı SOCAR-a sorğu göndərilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026