• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Azərbaycanda hərbçi su anbarında BOĞULDU - YENİLƏNİB

HADİSƏ

13 Iyul 2022 | 20:18

Azərbaycanda hərbçi su anbarında BOĞULDU - YENİLƏNİB

Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlunun iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

***19:17

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti hadisə ilə bağlı məlumat yayıb.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumata görə,  “Mingəçevir” məntəqəsindən sağa 2 km aralı, qeyri-çimərlik ərazidə 1 nəfər şəxsiyyəti məlum olmayan kişi  meyiti vətəndaşlar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. KGNSXDX tərəfindən əməliyyat keçirilməyib.

***17:42

Mingəçevir su anbarında çimən şəxs boğulub.

Bakıvaxtı.az unikal-a istinadən xəbər verir ki, hadisə Mingəçevir su anbarındakı çimərliklərdən birində baş verib.1995-ci il təvəllüdlü Goranboy rayon sakini  Bayramov Namizəd İsrail oğlu suda çimərkən boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupu meyiti sahilə çıxararaq aidiyyati üzrə təhvil verib.

Onun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu olduğu bildirilir.

Faktla bağlı araşdlrma başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026