• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb

İQTİSADİYYAT

18 Sentyabr 2021 | 18:12 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda kənd təsərrüfatının istehsalı 5,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 7,3 faiz artıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 2021-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 105,2 milyon manat təşkil edib ki, onun da 2 milyard 894,4 milyon manatı heyvandarlıq, 3 milyard 210,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 353,9 min ton, süd istehsalı 1,6 faiz artaraq 1433,8 min ton təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026