• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycanda kişilərin ömrü qısalıb

CƏMİYYƏT

29 Avqust 2024 | 19:23 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda kişilərin ömrü qısalıb

Ötən il Azərbaycanda doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,5 il, qızlar üçün isə 78,4 il müəyyən edilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. 

Müqayisə üçün bildirək ki, 2022-ci ildə doğulanlarla müqayisədə ötən il kişilər üçün gözlənilən ömür uzunluğu azalıb, qadınlar üçün isə dəyişməz qalıb. Belə ki, 2022-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,6 il olub.

Məlumat üçün bildirək ki, kişilərdə gözlənilən ömür uzunluğu sonuncu dəfə 2016-cı ildə bu səviyyədə olub. Sonrakı illərdə artmağa başlayıb və 2019-cu ildə 73,8 ilə yüksəlib. 2020-ci ildə isə kəskin şəkildə aşağı düşərək 69,5 il olub. Lakin sonrakı 2 ildə yenidən artıb. Ötən il isə yenidən azalıb./yeniavaz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026