• Bakı 24° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Nazirdən müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artacaq

CƏMİYYƏT

22 Iyun 2026 | 17:04

Nazirdən müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artacaq

“Sertifikatlaşdırma prosesinin yekun nəticələrini təxminən bir-iki həftə ərzində ictimaiyyətə təqdim edəcəyik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu apa-ya, Trend-ə və Xəzər Tv-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Amma artıq ümumi mənzərə formalaşıb. Burada yalnız yüksək bal toplayan müəllimlər deyil, sertifikatlaşdırmadan keçmiş bütün müəllimlər maaşı artır. Sadəcə olaraq artım diferensial şəkildə tətbiq olunur. Bir qisminin maaşı 10 faiz, bir qisminin maaşı isə 35 faiz artırılır, – nazir vurğulayıb.

Qeyd edək ki, iyunun 17-si müəllimlərin sertifikasiya imtahanına başlanılıb. İyunun 25-nə qədər davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər iştirak edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR