Azərbaycanda zəlzələ olub.
Bakıvaxtı.az AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosuna istinadən xəbər verir ki, zəlzələ bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km. şimalda İsmayıllı rayonunda qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.6, dərinliyi 7 km. olub.
Zəlzələ 3 bal gücündə hiss olunub.















