• Bakı 20° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Azərbaycanla əməkdaşlıqdan məmnunuq - IRENA-nın baş direktoru

SİYASƏT

14 Mart 2024 | 22:20 | Müəllif: Subhan Mahmudov

Azərbaycanla əməkdaşlıqdan məmnunuq - IRENA-nın baş direktoru

Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşüb.

Bu barədə  Bakıvaxtı.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı bərpa olunan enerjinin istehsalı və ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr, eləcə də yaşıl enerji texnologiyalarının inkişafına dair fikir mübadiləsi aparılıb, bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmiz ilə agentlik arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə “Yaşıl Enerji Zonası” konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, eləcə də Azərbaycandan elektrik enerjisinin Avropaya ixracını təmin edəcək Qara dəniz sualtı kabel layihəsinin alternativ enerji sahəsində əlavə əməkdaşlıq imkanları yaradacağı vurğulanıb.

IRENA-nın baş direktoru Françesko La Kamera Azərbaycan ilə təşkilatın əməkdaşlığından məmnunluğunu ifadə edərək, hazırkı imkanların dəyərləndirilməsinə təmsil etdiyi qurumun dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR