• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Azyaşlılara siqaret satanlar cərimələndi - FOTO

CƏMİYYƏT

01 Aprel 2023 | 16:53

Azyaşlılara siqaret satanlar cərimələndi - FOTO

Qubada azyaşlılara siqaret satanlar cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.


Azyaşlılara siqaret satanlar cərimələndi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026