• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakı əhalisi 9 ayda nə qədər pul xərcləyib?

CƏMİYYƏT

07 Noyabr 2023 | 17:20

Bakı əhalisi 9 ayda nə qədər pul xərcləyib?

2023-cü ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,8 faiz artaraq 23671,8 milyon manat olub.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 13886,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14,9 faiz artaraq 9785,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026