Azərbaycan Xarici İşlər Nazirliyi 44 günlük müharibədən sonra mina qurbanlarının sayının 340-a çatdığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"44 günlük müharibənin bitməsindən bəri qurbanların sayı 340 nəfərə çatıb",-qeyd edilib.
Bildirilib ki, Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmaqda davam edir:
"Bu gün Şuşa və Füzuli rayonlarında minanın partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır xəsarət alıb".


jpg-1701953785.jpg)













