• Bakı 16° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Yol polisindən pişiklərlə bağlı sürücülərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

07 Dekabr 2023 | 16:35

Yol polisindən pişiklərlə bağlı sürücülərə XƏBƏRDARLIQ

“Soyuq qış aylarında pişiklər isti yer axtarırlar. Adətən onlar üçün belə yerlərdən biri avtomobil mühərrikinin daxili hissəsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin paylaşdığı məlumatda bildirilib.

Qeyd olunub ki, çöldə yaşayan pişiklər və kiçik heyvanlar üçün rahat yataq yeri tapmaq o qədər də asan deyil. Ona görə də pişiklərə daha çox avtomobil mühərriklərində rast gəlinir.

"Diqqətli olaq ki, həmin avtomobil işə salındıqda kiçik dostlarımıza xəsarət yetirməyək”, - məlumatda vurğulanıb.


Yol polisindən pişiklərlə bağlı sürücülərə XƏBƏRDARLIQ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026