• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxılıb - FOTOLAR

CƏMİYYƏT

26 Dekabr 2023 | 14:29 | Müəllif: Qalib İbrahimoğlu

Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxılıb - FOTOLAR

“Bakı Metropoliteni” QSC 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə silsilə tədbirlərinə başlayıb.

Bu barədə Bakıvaxtı.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, bayram ovqatlı tədbirlərə “İçərişəhər”, “28 May”, “Sahil”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində müxtəlif oyuncaqlarla bəzədilmiş şam ağaclarının quraşdırılması ilə başlanılıb.

Ənənəyə uyğun olaraq, qatarlardan biri bayram ovqatı ilə bəzədilib. Hər gün xətlərdə müxtəlif marşrutlar üzrə hərəkət edən bu qatarın ön hissəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, yan hissələri isə Yeni ilin rəmzləri ilə bəzədilib.

Yeni ilin ilk günlərinə qədər bəzədilmiş qatar xətlərdə hərəkət edəcək, yolkalar stansiyalarda olacaq.

Bakı metropoliteni 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər dəfə sərnişinlərinin xüsusi rəğbətlə qarşıladığı tədbirlərin hazırlığını da yekunlaşdırıb. Zəngin proqramlı tədbirlərə “İçərişəhər” stansiyasında retro vaqonların nümayişi, Şaxta baba ilə Qar qızın şən şousu, Bəhram Bağırzadə ilə görüş, 4 stansiyada konsert proqramları daxildir. Builki bayram tədbirlərinə daha biri də əlavə olunub. “İçərişəhər” stansiyasında Yeni ilə həsr olunmuş sərgi də açılacaq.


Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxılıb - FOTOLARBakı metrosunda xətlərə bəzədilmiş qatar buraxılıb - FOTOLARBakı metrosunda xətlərə bəzədilmiş qatar buraxılıb - FOTOLARBakı metrosunda xətlərə bəzədilmiş qatar buraxılıb - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026