• Bakı 25° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Yeni elektron imtahan korpusu açılacaq

CƏMİYYƏT

25 Yanvar 2024 | 14:18

Yeni elektron imtahan korpusu açılacaq

"Yeni elektron imtahan korpusu hazırda test rejimindədir".

Bakıvaxtı.az xəbər verir verir ki, bu barədə çəlumat verən Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, fevral ayında korpusun açılışının keçirilməsi nəzərdə tutulur.

DİM sədri qeyd edib ki, yeni korpusda dövlət qulluğu üzrə imtahanların elektron şəkildə keçirilməsi nəzərdə tutulur.

“Korpusda 2-5 min arasında iştirakçı sayı olan imtahanlar keçiriləcək. Kağız daşıyıcılardan istifadə edilməyəcək. Sonra mərhələli şəkildə 10 minə qədər iştirakçısı olan imtahanlar orada keçiriləcək.

Dövlət qulluğu ilə yanaşı, müxtəlif idarələrə işə qəbulla əlaqədar imtahanlar da orada keçiriləcək. Sonra magistratura, doktorantura imtahanları da orada keçirilə biləcək".

M.Abbazsadə regionlarda da belə zalların quraşdırılmasının nəzərdə tutulduğunu bildirib.

"Bu zallar Bakıdan elektron formada idarə olunacaq”, - deyə DİM sədri əlavə edib.


SON XƏBƏRLƏR

07 Iyun 2025