• Bakı 20° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Bakıda 11 və 12-ci sinifləri bitirən şəxslərin sayı AÇIQLANDI

CƏMİYYƏT

08 Iyun 2023 | 15:48

Bakıda 11 və 12-ci sinifləri bitirən şəxslərin sayı AÇIQLANDI

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 016, XI siniflərini 26 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirir.

BŞTİ-dən Bakıvaxtı.az-a bildirilib ki, həmçinin paytaxtda 45 108 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 482 132 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 410 müəllim fəaliyyət göstərir.

2022-2023-cü tədris ilində paytaxt üzrə 282 ümumi təhsil məktəbində fəaliyyət göstərən 976 məktəbəhazırlıq qrupuna 22 902 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.


SON XƏBƏRLƏR

24 Aprel 2024