• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda 846 min rupi oğurlayan hindistanlı tutuldu

HADİSƏ

19 Yanvar 2023 | 14:10

Bakıda 846 min rupi oğurlayan hindistanlı tutuldu

Bakıda pul oğurlayan əcnəbi tutulub.

Bakıvaxtı.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846 000 rupinin (təxminən 17 min 681 manat) qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026