• Bakı 20° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Yaşadığı evdə qətlə yetirilən kişinin həyat yoldaşı saxlanıldı - YENİLƏNİB

HADİSƏ

30 Yanvar 2022 | 21:05

Yaşadığı evdə qətlə yetirilən kişinin həyat yoldaşı saxlanıldı - YENİLƏNİB

Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Suraxanı rayon prokurorluğundan bildirilib.

Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Hadızadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. 

G.Hadızadə şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.

*** 20:17

Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan Bakıvaxtı.az-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək

*** 19:44

Bakıda arvadın ərini bıçaqlaması hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Qadın həyat yoldaşını bıçaqlayıb. Kişi təcili yardımla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR