• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bakıda ən böyük yolka harada quraşdırılacaq?

CƏMİYYƏT

15 Dekabr 2021 | 17:25 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda ən böyük yolka harada quraşdırılacaq?

Paytaxtda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına hazırlıq işləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bayramlarla əlaqədar Bakı ŞİH və paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən şəhərin müxtəlif ərazilərində - parklarda, meydanlarda və küçələrdə hazırlıq işləri, yeni il atributlarının, işiq installasiyalarının və digər bəzəklərin quraşdırılması prosesi aparılır. Eyni zamanda, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən Bakı şəhərinin 12 rayonu üzrə 20 yaxın ünvanda bayram yarmarkaları təşkil olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov Bakıvaxtı.az-a bildirib ki, əvvəlki illərdə paytaxtda ən böyük yolka Hökümət Evinin qarşısında qurulurdu: “Bu il isə ən böyük yolkanın “Azneft” dairəsində qurulması planlaşdırılır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR