• Bakı 24° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Bakıda toy keçirmək istədilər, polis basqın edib cərimələdi - VİDEO

CƏMİYYƏT

15 Mart 2021 | 17:20

Bakıda toy keçirmək istədilər, polis basqın edib cərimələdi - VİDEO

Xətai Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb.

Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.

Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.
 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026