• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıdan əhali ən çox bu rayonlara gedir

CƏMİYYƏT

04 Iyun 2021 | 11:14

Bakıdan əhali ən çox bu rayonlara gedir

Bakı Beynəlxalq Avtovağzal Kompleksində rayonlararası avtobuslar tam olaraq əvvəlki qaydada xətlərə buraxılıb.

Bunu Bakıvaxtı.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, xəttə iritutumlu avtobuslar buraxılıb. Onun sözlərinə görə, hazırda Bakıdan regionlara çıxış daha çoxdur: “Xüsusilə Bakıdan Gəncə, Şəki, Qax, Zaqatala, Lənkəran, Quba istiqamətində sərnişin axını daha çoxdur”.

N.Allahyarova bildirib ki, avtobusların sayı tələbata uyğun tənzimlənir: “Alınan biletlərin sayına uyğun avtobuslar xəttə buraxılır. Əgər tələbat artsa, daha çox avtobusun buraxılması təmin ediləcək”.

O əlavə edib ki, həm sürücülərin, həm də sərnişinlərin avtobuslarda tibbi maskadan istifadə etməsi məcburidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026