• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Barselona" tarixində 100-cü KUBOK

İDMAN

13 Yanvar 2025 | 10:32

"Barselona" tarixində 100-cü KUBOK

İspaniyanın "Barselona" klubu tarixində 100-cü kubokunu qazanıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən gün İspaniya Superkubokunun finalında "Real"a qarşı oyunda gerçəkləşib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan görüşdə 5:2 hesablı qləbə qazanan "Barselona" Kataloniyada keçirilən turnirlər nəzərə alınmadan tarixində 100-cü kubok qələbəsinə imza atıb.

İspaniya çempionatının 27 qat qalibi olan komanda ölkə kubokunı 31, Superkuboku 15, Eva Duarte Kubokunu 3, İspaniya Liqa Kubokunu 2 dəfə başı üzərinə qaldırıb. Bundan əlavə, Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasını 5, Kubok Kubokunu 4, Avropa Superkubokunu 5, Yarmarkalar Kubokunu 3, klublararası dünya çempionatını 3, Latin Kubokunu 2 dəfə qazanıb.

"Barselona"nın Kataloniya regional turnirlərində 33 qələbəsi var.

Qeyd edək ki, komanda hazırda La Liqanın turnir cədvəlində 38 xalla üçüncü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026