"Dərman bazarında qiymət artımı narahatlığı başadüşüləndir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü iclasında çıxışı zamanı bildirib
Baş nazir qeyd edib ki, qlobal geosiyasi gərginlik, Rusiya-Ukrayna müharibəsi, tətbiq edilən sanksiyalar, yüksək enerji qiymətləri, logistikada qiymət artımı ərzaq qıtlığına, dərman bahalığına səbəb olub. Onun spzlərinə görə, yüksək infliyasiya fonunda qlobal artım sürətinin yüksəlməsi dünya iqtisadiyatını çətin vəziyyətə salıb: "Bu aydındır ki, dünya bu ilin fevral ayından əvvəlki vəziyyətinə bir də qayıda bilməyəcək. Qlobal iqtisadiyata inteqrasiya etmiş Azərbaycan da bu çətinliklərlə üzləşir. Bu il Azərbaycanda illik infliyasiya 13.8 faiz olub. Azərbaycan dərman vasitələrinin 95%-dən çoxunu idxal edir ki, bunlar da Rusiya, Türkiyə, Ukrayna, Belarusiya kimi ölkələrin payına düşür".
Ə.Əsədov qeyd edib ki, dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən müvafiq qaydalara əsasən həyata keçirilir: "Şura tərəfindən qiymət dəyişikliyi 277 adda dərman vasitəsinə tətbiq olunub. Bunlardan 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusiyadan idxal olunur. Bu dərmanların qiymətində olan artımlar qaçılmazdır. Bəzi dərmanların qıtlığını hökümət nəzarətə götürüb”.
Nuranə Daxilqızı
















