• Bakı 25° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Hulusi Akar Azərbaycan xalqına təşəkkür etdi

SİYASƏT

08 Yanvar 2023 | 11:38 | Müəllif: Subhan Mahmudov

Hulusi Akar Azərbaycan xalqına təşəkkür etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıkamış şəhidlərinin Anım Günü ilə bağlı mesaj yayımlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Hulusi Akar Sarıkamış Hərəkatının 108-ci ildönümü münasibəti ilə şəhidləri rəhmət və minnətlə andıqlarını vurğulayıb.

Türkiyənin milli müdafiə naziri qeyd edib ki, əsgərlərin ağır qış şərtlərində Sarıkamışda şəhidlik mərtəbəsinə yüksəlməsi yaddaşlarda dərin izlər buraxıb, cəsarətləri və fədakarlıqları daim hörmət və minnətlə anılacaq: “Sarıkamış şəhidlərimizi yad etdiyimiz bu günlərdə Nargin adasında çətin şəraitdə saxlanılan əsgərlərimizə etdikləri yardımlarla "bir millət, iki dövlət" örnəyini sərgiləyən qardaş Azərbaycan xalqını minnət və ehtiramla anırıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026