• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bayden Azərbaycan və Ermənistanı danışıqlara çağırıb

SİYASƏT

05 Avqust 2021 | 09:56

Bayden Azərbaycan və Ermənistanı danışıqlara çağırıb

“Qarabağ münaqişəsi səbəbindən təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Nikol Paşinyana parlament seçkilərinin nəticələri və yeni hökumət qurması münasibətilə ünvanladığı məktubunda deyib. 

“ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərə danışıqlarda kömək göstərməklə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqdir”, - deyə Co Bayden qeyd edib.

O vurğulayıb ki, ABŞ Ermənistan və Azərbaycanı mümkün olan tez bir zamanda substantiv danışıqlara başlamağa çağırır. 

“Ümid edirik ki, bu istiqamətdə Gürcüstanın da dəstəyi ilə nail olduğumuz irəliləyiş gələcək regional əməkdaşlıq üçün əsas olacaq”, - deyə Bayden əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026