• Bakı 24° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Belqorodda terror aktının qarşısı alınıb

DÜNYA

23 Iyul 2024 | 11:39

Belqorodda terror aktının qarşısı alınıb

Belqorodda Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə terror aktı hazırlaşmağa çalışan iki rusiyalı saxlanılıb.

Bakıvaxtı.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Əməliyyat Mərkəzi məlumat yayıb.

Məlumata görə, 1986 və 1993-cü il təvəllüdlü Rusiya vətəndaşları Ukrayna tərəfinin göstərişi ilə məscidi yandırmaq niyyətində olublar. Onlara pul mükafatı (məbləğ göstərilməyib) qarşılığında Belqoroda getmək və oradakı şəhər məscidini yandırmaq təklif olunub. 

FSB vurğulayıb ki, Ukrayna xüsusi xidmət orqanlarının Rusiya ərazisində dinlərarası ədavəti qızışdırmaq cəhdinin qarşısı alınıb. Saxlanılan şəxslərə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci (terror aktının törədilməsini təşkiletmə) maddəsinin 4-cü hissəsi ilə cinayət işi açılıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

03 Iyul 2025