• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Beyləqanda 7 min manatlıq OĞURLUQ

HADİSƏ

15 May 2024 | 09:27

Beyləqanda 7 min manatlıq OĞURLUQ

Beyləqanda iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus iribuynuzlu heyvanların oğurlanması barədə məlumatlar daxil olub.

    Keçirilən tədbirlərlə oğurluqda şübhəli bilinən rayon sakini Elnur Gülmalıyev saxlanılıb. Onun zərərçəkənlərə 7000 manat maddi ziyan vurduğu müəyyən edilib.

    Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E. Gülmalıyev barəsində həbs qətimkan tədbiri seçilib.

    Bundan əlavə, keçirilən profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakini kanal kənarından tapdığı "RPQ" markalı qumbaraatanı polisə təhvil verib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Noyabr 2026