• Bakı 18° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Bəzi mətbuat orqanlarında yazılan böhtanlara baxmayaraq...

CƏMİYYƏT

20 Oktyabr 2025 | 13:01

Bəzi mətbuat orqanlarında yazılan böhtanlara baxmayaraq...

"Azərbaycanı zülmətlərdən aydınlığa çıxaran Ulu Öndər Heydər Əliyev ideyalarına xidmət etmək, Ulu Öndərin müqəddəs irsini ləyaqətlə davam etdirərək, Azərbaycanı qalib dövlətə çevirən Ali Baş Komandan, Prezident İlham Əliyevin əsgəri olmaq mənim və silahdaşlarımın alın yazısıdır". 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat vurğulayıb ki, bu şərəfli yolda Prezident İlham Əliyevin qaldırdığı əbədi Zəfər bayrağı altında müzəffər xalqın idarəsi üçün inamla addımlamaq, şərəf və vicdan məsələsidir.

"Son günlər bəzi mətbuat orqanlarında yazılan böhtanlara baxmayaraq, biz öz yolumuza, xalqımıza, dövlətimizə və nəyi nə zamana sahib olan İlham Əliyevə rəhbərlik edən liderimizə inanır, güvənir və daha güclü Azərbaycan naminə daim Onun yanındayıq", - deyə Məlahət İbrahimqızı əlavə edib.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

19 Oktyabr 2025