• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bir qadını 6 dəfə zorlayıb - məşhur müğənnyə ittiham

MƏDƏNİYYƏT

11 Oktyabr 2022 | 19:22 | Müəllif: Subhan Mahmudov

Bir qadını 6 dəfə zorlayıb - məşhur müğənnyə ittiham

Britaniyanın məşhur müğənnisi Reks Orinc Kaunti Londonda bir qadına qarşı altı cinsi təcavüzdə ittiham olunur.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, bu barədə NME məlumat yayıb. Qadının dediyinə görə, musiqiçi onu Londonun West End-də iki dəfə, bir dəfə taksidə, üç dəfə isə Notting Hilldəki evində zorlayıb.

Sənətçi Londondakı Southwark kral məhkəməsi qarşısına çıxıb. O, bütün ittihamlar üzrə özünü təqsirli bilməyib.

Qeyd edək ki, Reks (əsl adı Alexander James O'Connor) 3 yanvar 2023-cü ildə məhkəmə qarşısına çıxacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026