• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

BMT Baş katibi dünyadakı problemlərdən DANIŞDI

DÜNYA

19 Yanvar 2023 | 00:47 | Müəllif: Subhan Mahmudov

BMT Baş katibi dünyadakı problemlərdən DANIŞDI

BMT Baş katibi Antoniu Quterriş dünyada mövcud vəziyyət barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Baş katib bu barədə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda fikrini bildirib.

“Mən İkinci Dünya müharibəsi zamanı hələ doğulmamışdım, o zaman sözlərimin bir mənası olmazdı. Lakin hazırkı durum bütün həyatım boyu yaşadığım ən pis vəziyyətdir”, - deyə Quterriş vurğulayıb.

O, beynəlxalq ictimaiyyət üçün əsas problemlər kimi geosiyasi parçalanma və iqlim dəyişikliyini misal göstərib.

Onun sözlərinə görə, hazırkı vəziyyət “soyuq müharibə” dövründə müşahidə olunandan da pisdir.

Quterriş qeyd edib ki, bu gün dünyada münaqişələrin nəzarətdən çıxmasının qarşısını ala biləcək mexanizmlər çox azdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026