• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dağıntıdan sağ çıxan qadın: Şəhid zəmzəm suyu verirdi

DÜNYA

18 Fevral 2023 | 00:08 | Müəllif: Subhan Mahmudov

Dağıntıdan sağ çıxan qadın: Şəhid zəmzəm suyu verirdi

Türkiyədə dağıdıcı zəlzələ fəlakətindən sonra dağıntılardan sağ qurtulan qadının anlatdıqları hər kəsi şoka salıb.

Bakıvaxtı.az xəbər verir ki, bir sutkadan çox həyat yoldaşı və 10 yaşlı qızı ilə dağıntılar altında qalan Döne Balcı bu müddət ərzində bir şəhidin ona zəmzəm suyu verdiyini iddia edib.

“1,5 gün qızımla dağıntılar altında qaldıq. Qızımın üzərinə qapı düşdü. Qızım "Yaxşıyam ana, başım qanayır" – dedi. Bir şəhid gəldi. Buralarda o şəhid yoxdur. Zəmzəm suyu verdi. Qızımın başını oxşadı. Qanaması dayandı. "Sizi də bir saat sonra xilas edəcəklər. Gedib, hər kəsə xəbər verəcəyəm. Səni qohumların xilas edəcək" – dedi. Sağ olsunlar, sonra qardaşlarımız və əsgərlərimiz gəldi. Gün yarım sonra qohumlarımız bizi xilas etdi. Həkimlərdən çox razıyam. Hökumətdən, bizə yardım edənlərdən də...” - deyə o bildirib./axar


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026