• Bakı 24° C

    6.99 m/s

Abdullahian Hindistana səfərini ləğv etdi

DÜNYA

17 Fevral 2023 | 18:12 | Müəllif: Subhan Mahmudov

Abdullahian Hindistana səfərini ləğv etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Racine Dialogue” beynəlxalq siyasi ekspert konfransında iştirak etmək üçün martın 3-də Hindistana planlaşdırılan səfərini ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İndian Ekpres” məlumat yayıb.

Məlumata görə, səfərin ləğv edilməsinə səbəb konfransın tanıtım videosunun yanvar ayında nümayişi olub və bu videoda ötən ilin sentyabrında İranda baş vermiş etiraz aksiyalarından görüntülər yer alıb.

İran Xarici İşlər Nazirliyi də konfransın təşkilatçılarından bu kadrların götürülməsini tələb edib. Tələb yerinə yetirilmədiyi üçün Abdullahian konfransa getməkdən imtina edib.

Hindistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələlik şərh verməyib./axar


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026