• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Nazarbayev əməliyyatdan sonra ilk dəfə xalq arasına çıxdı

DÜNYA

19 Mart 2023 | 10:34 | Müəllif: Subhan Mahmudov

Nazarbayev əməliyyatdan sonra ilk dəfə xalq arasına çıxdı

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ürək əməliyyatından sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Nazarbayev Qazaxıstanda keçirilən parlament seçkilərində səs verib. Eks-prezident Astana Operasında təşkil olunmuş seçki məntəqəsində olub.

Qeyd edək ki, Nazarbayev yanvar ayında Astanadakı Milli Elmi Kardioloji Mərkəzdə ürəyindən əməliyyat olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026