• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Tayvan ABŞ-dan 400 gəmi əleyhinə raket alacaq

DÜNYA

18 Aprel 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

Tayvan ABŞ-dan 400 gəmi əleyhinə raket alacaq

Tayvan Boeing aerokosmik korporasiyasından 400 gəmi əleyhinə raket alacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazar ertəsi Bloomberg agentliyi əməliyyatın təfərrüatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb 

Agentliyin yazdığına görə, söhbət taktiki “Harpun” raketlərindən gedir. İlk dəfə olaraq, bunlar əvvəllər olduğu kimi gəmi əsaslı deyil, yerüstü raketlər olacaq. Tədarüklər ABŞ Konqresinin 2020-ci ildə Tayvana silah satışı ilə bağlı qəbul etdiyi qərarın bir hissəsi kimi həyata keçiriləcək.

Aprelin 12-də “The Defence Post” portalı Pentaqonun bildirişinə istinadən xəbər yayıb ki, ABŞ Hərbi Dəniz Qüvvələri “Boeing” şirkəti ilə 400 ədəd “Harpoon” gəmi əleyhinə taktiki raketlərin və müvafiq avadanlıqların istehsalı və tədarükü üçün 1,7 milyard dollar dəyərində müqavilə imzalayıb. Departament daha sonra bu raketlərin Tayvan üçün nəzərdə tutulub-tutulmadığına aydınlıq gətirməyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026