Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı 8 nəfər xəsarət alıb.
Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.
Məlumata əsasən, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, qəza ilə bağlı polislər tərəfindən araşdırma aparılır.
















