Avropa Birliyinin Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Siyasət Xidmətinin rəhbəri Jozep Borell deyib.
“Bir neçə saat əvvəl Sudandakı AB səfiri öz iqamətgahında hücuma məruz qalıb”, - deyə diplomat bildirib.
Borrell bu hadisənin Vyana konvensiyasının kobud surətdə pozulması anlamına gəldiyini vurğulayıb.
















