• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

BMT qətnamə layihəsi qəbul edib

DÜNYA

12 Iyul 2024 | 14:25 | Müəllif: Əli Hüseynov

BMT qətnamə layihəsi qəbul edib

Birləşmiş Millətlər Təşkilatı Zaporojya Atom Elektrik Stansiyasından dərhal əsgər və personalını geri çəkməyi və obyekti dərhal Ukraynaya qaytarmağı tələb edən qətnamə layihəsini qəbul edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Baş Assambleyada səsverməyə qoyulan qanun layihəsinin lehinə 99, əleyhinə isə 9 səs qəbul edilib.

Qanun layihəsini Baş Assambleyaya çıxaran Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergiy Kislytsya iddia edib ki, Rusiya nüvə təhlükəsizliyinin əsas prinsiplərini pozmağa davam edir.

Kyslytsya Ukrayna və qonşu ölkələrin 1986-cı ildə Çernobıl Elektrik Stansiyasında baş vermiş nüvə partlayışının "fəlakətli nəticələrinə" məruz qaldığını xatırladıb və Zaporojyada mümkün partlayışın nəticələrinin daha fəlakətli olacağı barədə xəbərdarlıq edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026