• Bakı 21° C

    5.28 m/s

BMT: "Qəzzadakı əzablar görünməmiş səviyyədədir"

SİYASƏT

10 Sentyabr 2024 | 12:57 | Müəllif: Gülşən Şərif

BMT: "Qəzzadakı əzablar görünməmiş səviyyədədir"

"Qəzzaya edilən hücumların sonu görünmür".

Bakıvaxtı.az "Associated Press" Agentliyinə istinadən xəbər verir ki, bunu Qəzzada baş verən hadisələri dəyərləndirən Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş deyib.

BMT-nin Qəzzada atəşkəs elan olunması təklifi etdiyini bildirən Quterreş öz açıqlamasında  BMT-nin Atəşkəsə Nəzarət Təşkilatının (UNTSO) Yaxın Şərqdəki missiyasını xatırladıb.

"BMT-nin Qəzzanın gələcəyində rol oynaması qeyri-realdır. Çünki İsrail bunu qəbul etməyəcək. Təəssüf ki, hazırda BMT-nin humanitar yardım əməliyyatları da böhran içindədir. Münaqişələr, təbii fəlakətlər və iqlim dəyişikliyi səbəbindən ehtiyaclar əhəmiyyətli dərəcədə artıb", - deyə baş katib vurğulayıb. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026