• Bakı 12° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Bu kəndlərdə qaz olmayacaq - YENİLƏNİB

CƏMİYYƏT

09 Fevral 2026 | 17:18

Bu kəndlərdə qaz olmayacaq - YENİLƏNİB

Tovuz rayonunda 2 975 abonentin mavi yanacaqla təminatında fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Şəmkir Regional Qaz İstismarı İdarəsi tərəfindən açıqlama verilib.

Məlumatda vurğulanıb ki, məhdudiyyətin tətbiq edilməsi yeraltı qaz boru kəmərində müəyyən edilən sızmanın ləğv edilməsi zərurətindən irəli gəlir.

Qeyd edək ki, təmir-bərpa işləri ilə əlaqədar olaraq fevralın 10-da saat 09:30-dan etibarən Əlibəyli, Hacallı, Yuxarı Mülkülü, Aşağı Öysüzlü və Yuxarı Öysüzlü kəndlərinə təbii qazın verilişi işlər yekunlaşana qədər dayandırılacaq.

***

09:36

Bu gün Tovuzun Əyyublu kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, kənddə yerləşən orta təzyiqli qaz xəttinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Əyyublu kəndinin bir hissəsinin (800 abonent) qaz təminatı bu gün saat 10:00-dan işlər başa çatanadək daxildən dayandırılacaq.


SON XƏBƏRLƏR

03 Aprel 2026