• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu ölkədə dördüncü doza qərarı

DÜNYA

22 Dekabr 2021 | 22:15 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə dördüncü doza qərarı

Braziliyada zəif immunitetə sahib pasiyentlər COVID-19 əleyhinə vaksinin üçüncü dozası ilə peyvəndləndikdən dörd ay sonra dördüncü doza vurdura bilərlər.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Braziliyanın Səhiyyə Nazirliyi elan edib. Vaksinin buster dozasının 18 yaşdan yuxarı, əsas qrafik üzrə üç doza ilə (iki doza və əlavə doza) peyvəndlənən, zəif immunitetə malik bütün şəxslərə dörd aydan sonra tətbiq edilməsi tövsiyə olunub.

Bu qərar xüsusən ağır immunodefisitə malik insanlara və kimya terapiyası keçən pasiyentlərə aid ediləcək.

Braziliyanın Səhiyyə Nazirliyi, həmçinin əhali üçün bütövlükdə ikinci və üçüncü dozalar arasındakı intervalın müddətini beş aydan dörd ayadək azaldıb.

Bundan başqa, Braziliya hökuməti Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramı vasitəsilə Latın Amerikası, Karib hövzəsi və Afrika ölkələrinə 10 milyon doza COVID-19 əleyhinə vaksinin təmənnasız veriləcəyini bildirib.

Qeyd edək ki, son aylar Braziliyada immunlaşdırılma tempi artıb, əhalinin 66,1 faizi COVID-19 əleyhinə vaksinlənmənin tam sxemini keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026