• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə ordusu Suriyada 18 terrorçunu zərərsizləşdirib

DÜNYA

21 Yanvar 2022 | 18:29 | Müəllif: Subhan Mahmudov

Türkiyə ordusu Suriyada 18 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri ötən gün Suriyanın Afrin şəhərində törədilmiş terror aktından sonra keçirdiyi antiterror əməliyyatı nəticəsində 18 PKK terrorçusunu zərərsizləşdirib.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Qeyd edək ki, Afrində baş vermiş hücum zamanı 5 dinc sakin həlak olub, 34 nəfər isə yaralanıb.

H.Akar Türkiyə ordusunun Suriya və İraqın şimalında antiterror əməliyyatlarını davam etdirdiyini bildirib.

"2015-ci ilin iyulundan Silahlı Qüvvələrin terrora qarşı apardığı mübarizə nəticəsində 33 149 terrorçu zərərsizləşdirilib. Ötən il isə 2 939 terrorçu məhv edilib", - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR