• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İbrahim Kalın Rusiyaya qarşı sanksiyalardan DANIŞDI

DÜNYA

20 Fevral 2022 | 16:18

İbrahim Kalın Rusiyaya qarşı sanksiyalardan DANIŞDI

"Rusiyaya qarşı potensial sanksiyalar Qərbə heç nə gətirməyəcək, ancaq problemlərin həllini gecikdirəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Almaniyanın “Welt” qəzetinə müsahibəsində deyib.

"Rusiyaya qarşı sanksiyalar heç nə gətirməyəcək, onlar yalnız problemlərin həllini təxirə salacaq. Yaxşı olar ki, qarşı tərəfi dinləyək və onun strateji şübhələrini anlayasınız", - Kalın vurğulayıb.

“Rusiya NATO-nu təhdid kimi qəbul edir", - qeyd edən nümayəndənin sözlərinə görə, Vladimir Putin Sovet İttifaqının dağılmasından 30 il sonra sərhədləri yenidən çəkmək və strateji ittifaqları yeniləmək istəyir.

"Bizim 21-ci əsrdə yeni çağırışlarımız var, yəni hər iki tərəfin özlərini təhlükəsiz hiss edəcəyi yeni qaydalar və prinsiplər yaratmalıyıq. Bu o demək deyil ki, biz Rusiyadan gələn hər hansı tələbi yerinə yetirməliyik, lakin biz rusiyalıları dinləməliyik", - Kalın qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin NATO-ya üzv olması Rusiya və Çinlə yaxşı münasibətlər qura bilməyəcəyi anlamına gəlmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026