• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu ölkənin Prezidenti karantinə alındı

DÜNYA

03 Fevral 2022 | 10:43

Bu ölkənin Prezidenti karantinə alındı

Filippin Prezidenti Rodrigo Duterte COVID-19 diaqnozu qoyulan şəxslə görüşdükdən sonra karantinə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə fevralın 3-də ölkə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, R.Duterte bu yaxınlarda evində işləyən, koronavirusla bağlı testin nəticəsi müsbət çıxan əməkdaşla təmasda olub: “Bundan sonra Prezidentin testinin nəticəsi mənfi olasa da, o, hazırda karantin rejiminə əməl edir”.

Xatırladaq ki, əhalisi 109 milyon nəfər olan Filippində koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 30-da qeydə alınıb. İndiyədək ölkədə 3,57 milyon nəfər yoluxub, 3,36 milyon nəfər müalicə olunaraq sağalıb. COVID-19-a yoluxmuş 54 min pasient isə ölüb. 59,3 milyon nəfər peyvənd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR