• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bu səlahiyyət AQTA-dan alındı

CƏMİYYƏT

31 Dekabr 2022 | 00:31 | Müəllif: Subhan Mahmudov

Bu səlahiyyət AQTA-dan alındı

Nazirlər Kabineti “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar”da dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi hər il dövlət büdcəsinin layihəsi hazırlanan zaman dövlət büdcəsi hesabına həyata keçirilən hallar üzrə fitosanitar tədbirlərin aparılmasına dair müvafiq xərclərin hesablamalarını Maliyyə Nazirliyinə təqdim edir. Hesablamalar yoxlanıldıqdan sonra lazım olan vəsaitlər Qida Təhlükəsizliyi Agentliyinə ayrılan vəsaitlər bölməsində nəzərdə tutulur.

Dəyişikliyə əsasən, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əvəzlənir. Başqa sözlə, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il dövlət büdcəsinin layihəsi hazırlanan zaman dövlət büdcəsi hesabına həyata keçirilən hallar üzrə fitosanitar tədbirlərin aparılmasına dair müvafiq xərclərin hesablamalarını Maliyyə Nazirliyinə təqdim edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026