• Bakı 25° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Burundi Senatının vitse-spikeri COP29-a gəldi

COP29

15 Noyabr 2024 | 13:05

Burundi Senatının vitse-spikeri COP29-a gəldi

Burundi Respublikası Senatının vitse-spikeri Fabrise  Nkurunziza ölkəmizə səfərə gəlib.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, səfərdə məqsəd Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etməkdir.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin Burundi ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşən Musayev və digər rəsmi şəxslər qarşılayıblar.


SON XƏBƏRLƏR