• Bakı 30° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alındı

HADİSƏ

01 Oktyabr 2024 | 17:48

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alındı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Bakılvaxtı.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb.

Bildirilib ki, məhkum Elnur Vahid oğlu Salahovla görüşə gəlmiş anasının gətirdiyi sovqata baxış keçirilən zaman şirniyyat qutularının arasında xüsusi üsulla gizlədilmiş 1 ədəd işlək vəziyyətdə olan "X-inova T210" markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026