• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Çində güclü zəlzələ baş verdi

DÜNYA

02 Dekabr 2023 | 00:49 | Müəllif: Subhan Mahmudov

Çində güclü zəlzələ baş verdi

Çinin Dehonq Dai Tsinpo muxtar prefekturasının Manşi şəhərində (Yunnan əyaləti, Çinin cənub-qərbi) 5 bal gücündə zəlzələ baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar əyalətin bir çox bölgəsində, o cümlədən Lintsanq və Baoşan dairələrində və Dali Bay Muxtar Prefekturasında güclü hiss olunub.

Yeraltı təkanların episentri əyalətin inzibati mərkəzi olan Kunminq şəhərindən 476 km aralıda yerləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026