• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Conson Zelenskiyə Çörçill mükafatını təqdim etdi

CƏMİYYƏT

26 Iyul 2022 | 22:50

Conson Zelenskiyə Çörçill mükafatını təqdim etdi

Böyük Britaniyanın səlahiyyət müddəti başa çatmaqda olan baş naziri Boris Conson Uinston Çörçill adına beynəlxalq mükafatı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi mərasim çərşənbə axşamı Consonun Dauninq küçəsindəki iqamətgahında keçirilib.

Britaniya hökuməti başçısı ofisinin yaydığı xəbərə görə, Zelenski tədbirdə videobağlantı vasitəsilə iştirak edib.

Qeyd edək ki, sözügedən mükafat müharibə dövrünün liderlik keyfiyyətləri nümayiş etdirən şəxslərə verilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR