• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cüdoçumuz yarımfinala çıxdı

İDMAN

17 Oktyabr 2021 | 14:58 | Müəllif: Subhan Mahmudov

Cüdoçumuz yarımfinala çıxdı

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayıb. Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verib.

Fətiyev ilk görüşündə Tim Qramkova (Almaniya), Mehdiyev Aleksis Matyöyə (Fransa) ipponla uduzaraq turnirlə vidalaşıb.

Kokauri isə startda Emre Sanala (Fransa) ipponla qalib gəlib. 1/4 finalda Mbaqnik Ndiayedən (Seneqal) də güclü olan Kokauri yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda İnal Tasoyevlə (Rusiya) üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026