• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Millimiz Qətərlə heç-heçə etdi

İDMAN

14 Noyabr 2021 | 22:56

Millimiz Qətərlə heç-heçə etdi

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda oynanılan və litvalı FIFA referisi Donatas Rumşas idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 23-ci dəqiqədə Almez Əli fərqlənib. 37-ci dəqiqədə Emin Mahmudov özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirməklə tarazlığı bərpa edib. İlk hissə qarşılıqlı qollarla yekunlaşıb. İkinci yarıya daha yaxşı başlayan Azərbaycan millisi 67-ci dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Mahmudov özünün və komandasının 2-ci qoluna imza atıb. Yeri gəlmişkən, bu, 29 yaşlı yarımmüdafiəçinin yığmadakı 8-ci qolu olub. Matçda son nöqtəni isə Qətərin heyətində Almez Əli qoyub. 25 yaşlı hücumçu 78-ci dəqiqədə dubluu rəsmiləşdirib.

Qeyd edək ki, Azərbaycan millisinin 2021-ci ildəki son oyunu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026