• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı

İDMAN

13 Dekabr 2021 | 18:23 | Müəllif: Subhan Mahmudov

Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi texniki səhv səbəbindən təkrarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş tədbirdə bu mərhələnin cütlükləri müəyyənləşib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

"Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya)

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)

"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

"Atletiko" (Madrid, İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)

"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

PSJ (Fransa) - "Real" (İspaniya)

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. 

Xatırladaq ki, , bugünkü püşkatmanın təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv saldığı üçün püşk təkrarlanıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026