• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Kayrat"ın futbolçusu "Zenit"ə keçir

İDMAN

12 Yanvar 2022 | 16:13

"Kayrat"ın futbolçusu "Zenit"ə keçir

Qazaxıstan millisinin və "Kayrat"ın futbolçusu Nuralı Alip Rusiya "Zenit"inə transfer olur.

Bakıvaxtı.az Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi artıq tibbi müayinədən keçib.

Gənc oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Nuralı Alip bu mövsüm "Kayrat"ın heyətində 13 oyun keçirib. Bunlardan 2-si Almatı təmsilçisinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının qrup matçlarına təsadüf edib. Futbolçunun transfer dəyəri 1,7 milyon avrodur. Onun "Kayrat"la 2023-cü ilin yayınadək sözləşməsi var idi.

Qazaxıstan yığması isə UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanın potensial rəqiblərindəndir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026